Cüdoçularımız Avropa Oyunlarına qələbə ilə başlayıb. Lent.az-ın məlumatına görə, qadınların 48 kq çəki dərəcəsində təmsil edən Leyla Əliyeva 1/16 final mərhələsində sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib. Qarşılaşmada Əliyeva rəqibi üzərində şido xalı qələbə qazanıb. O, 1/8 finalda belçikalı Şarlin van Sniklə gücünü sınayacaq.
Həmin çəki dərəcəsində digər cüdoçumuz Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı qarşılaşıb. Aişə Qurbanlı bu döyüşü təmiz qələbə ilə keçib. O, 1/8 finalda italiyalı Valentina Moskattla üz-üzə gələcək.
52 kq çəki dərəcəsində Səkinə Zairova isə israilli Ronu Şvartsa məğlub olub. Qarşılaşma rəqibin təmiz qələbəsi ilə başa çatıb.
***
10:21
Bu gün Avropa Oyunlarında cüdoçularımız mübarizəyə başlayır. Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində millimizi Orxan Səfərov və İlqar Müşkiyev təmsil edəcək. Hər iki idmançımız 1/16 mərhələsindən azadır.
66 kq çəki dərəcəsində Tərlan Kərimov rusiyalı Mixail Pulyayevlə qaqrşılaşacaq. Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən digər cüdoçumuz Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla üz-üzə gələcək.
Qadınların 48 kq çəki dərəcəsində Azərbaycanı 2 idmançımız təmsil edəcək. Leyla Əliyeva sloveniyalı Kristina Vrsiç qarşılaşacaq.
Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı ilə gücünü sınayacaq.
52 kq çəki dərəcəsində Səkinə Zairova israilli Roni Svartsla üz-üzə gələcək.
57 kq çəki dərəcəsində millinin liderlərindən sayılan Kifayət Qasımova 1/16 final mərhələsində serbiyalı Yovana Roqiçlə qarşılaşacaq.