Koronavirusa yoluxan həkim Cavid Paşayev sağaldı

Koronavirusa yoluxan həkim Cavid Paşayev sağaldı backend

Ən ağır xəstələrin müalicəsi zamanı koronavirusa yoluxan Cavid Paşayev sağalıb və bu gün evə buraxılacaq.

Qazilər.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, onun müalicəsi artıq bitib: “O bu gün evinə yola salınacaq. Bu, çox sevindirici xəbərdir. Həm Cavid həkimin, həm də başqa tibb işçilərinin müalicəsində bizə göstərdiyi qayğıya görə Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.