Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu

Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu backend

“Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri vəzifəsinə təyin edilib”.

Qazilər.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov deyib.

Onun sözlərinə görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə əməkdar mühəndis Vasif Abbasov təyin olunub.