Gəncədə “Qarabağ qazilər” birliyinin filialı yaradıldı – RƏSMİ

Gəncədə “Qarabağ qazilər” birliyinin filialı yaradıldı – RƏSMİ backend

Gəncədə “Qarabağ qazilər” birliyinin filialı yaradılıb.

Bu barədə QAZİLER.AZ saytına sözü gedən birliyin sədri Asəf Əliyev məlumat verib. Onun sözlərinə görə, bu gün Gəncə qazilərinin Gəncədə də birliyin filialının yaradılması müraciətinə baxılıb.

İdarə heyətinin üzvləri müzakirələr zamanı Gəncə Qazilərinin uzun illərdir qeyr-rəsmi birgə olduqlarını, döyüşçülərin hüququ və mənafelərinin qorunması istiqamətində böyük işlər gördüklərini vurğulayıblar.

“Qarabağ qazilər” birliyinin idarə heyətinin qərarı ilə filialın yaradılması təsdiq edilib. Eyni zamanda Vüsal Qurbanov filiala sədr təyin edilib. Sədr A.Əliyev və birliyin idarə heyətinin üzvləri Gəncə qazilərinə uğurlar arzulayıb.

Gəncə Qaziləri sonra “Qarabağ qazilər” birliyinin mərhum sədri, Baş Qazi Etimad Əsədovun məzarını ziyarət ediblər.


QAZİLER.AZ