Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti ilə Azərbaycana səfərə gəlib.
Qazilər.az Turkustan.info-ya istinadla xəbər verir ki, hava limanında ali qonağı Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və digər rəsmi şəxslər qarşılayıb.Nazir sabah Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.