Türkiyəli siyasətçilərə Azərbaycanın orden və medalı təqdim edilib - FOTO

Türkiyəli siyasətçilərə Azərbaycanın orden və medalı təqdim edilib - FOTO backend

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri, Türkiyə Prezident Adminstrasiyasının Səhiyyə və Qida Təhlükəsizliyi Qurumunun üzvü Necdət Ünivara Azərbaycan Respublikasının “Dostluq” ordeni təqdim olunub.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, mükafatları Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın Türkiyədəki səfirliyində təqdim edib.

Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçuya isə “BDU-100” xatirə medalı təqdim edilib.

Mərasimdə rəsmi şəxslər, Türkiyə Parlamentinin deputatları, sabiq nazirlər də iştirak edib.
Diaspora