ABŞ-ın Alyaska ştatında 6,2 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti xəbər yayıb. Yeraltı təkanların episentri Alyaskanın paytaxtı Ankoric şəhərindən 125 km şimal-qərbdə, ocağı isə 104 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.ABŞ silkələndi

