Almaz hadisələri və ya Ermənistan-Rusiya münasibətləri haqqında. Vandalizmin açıq muzeyi
2012-ci il Rusiya Prezidenti tərəfindən Rusiya Federasiyasının ili elan edilmişdi. Fərmanda deyilir ki, Rusiya dövlətinin tarixində ağ ləkələr olmamalıdır, nə çar Rusiyasının tarixində, nə Sovet dövründə və ya ondan sonrakı dövrdə. Çünki ağ ləkələr vardır! Beləliklə, 2012- ci il Rusiya tarixinin ili oldu. Rusiyanın Qafqazla, bizim torpaqlarla ilgili keçmişinə nəzər salaq. Üstü örtülən, yaxın zamana kimi danışılmayan hadisələr hansılardır?118 il geri dönək, 1902-ci ilə. Rus çarı 2-ci Nikolay erməni kilsəsinin əmlakının müsadirə edilməsi və erməni məktəblərinin bağlanması, habelə erməni kilsəsinin fəaliyyətinə qadağa qoyulması barədə fərman vermişdi. Beləliklə, 1903-cü ildə erməni kilsəsinin əmlakı müsadirə edildi. 2-ci Nikolayı bu qədər radikal tədbirlər görməyə nə məcbur etmişdi? Çar nədən bu fərmanla babası 1-ci Nikolayın siyasətinə zidd hərəkət etməli olmuşdu?
Məsələ budur ki, Birinci Rus İnqilabından (1905 -1907) əvvəl Qafqazdakı bir çox erməni kilsələrində və yığıncaq yerlərində silah və sursat düşərgələri, həmçinin qanunsuz mətbəələr aşkar edilmişdir. Çar avtokratiyası Qafqazdakı ”Qəfil iğtişaşların” əslində xaricdən erməni təşkilatları tərəfindən idarə olunduğunu, əsasən Daşnaktsütyun partiyası vasitəsilə həyata keçirildiyini başa düşmüşdü. Erməni terrorçularının törəddiyi cinayət və zorakılığı barədə ”Rusiyanın Qafqaz işlərinin” valideyni sayılan V.L. Veliçko, İmperator Elmlər Akademiyasının üzvü Karterev, kilsə tarixi üzrə elmlər doktoru Annenski, məşhur Qafqaz tədqiqatçısı Kanadeyev, gündəlik ”Moskovskie Vedomosti” qəzetinin redaktoru professor Budiloviç və başqaları yazırdı. Ancaq Sovet donəmindən başlayaraq üzü bəri bu yazıçılardan çox az sitatlar (alıntılar) gətirilirmişdir və Rusiya tarixinin bu tərəfi örtülü olaraq qalmışdır.
Bu mövzu ilə ilgili yenə 108 il öncəyə nəzər salmaq lazımdır. 1912-ci ildə Sankt Peterburqda 159 təqsirləndirilən və 850 şahidin iştirakı ilə Daşnaktsutyun partiyası üzərində möhtəşəm bir məhkəmə prosesi baş verdi. Erməni millətçilərinin Rusiya imperiyası ərazisindəki 20-ci əsrin ilk onilliyində törətdikləri qanlı terrorun nə dərəcədə, nə qədər geniş miqyasda olduğunu təsəvvür edin. Qeyd edək ki, bu hadisələr hələ 19-cu əsrin əvvəllərində, St. Peterburqda sözü gedən məhkəmədən çox öncə, baş vermişdir.
İndisə 136 il öncəyə gedək, 1882-ci ilə. O zaman 3-cü Aleksandr, erməni millətçiliyinə qarşı həlledici tədbirlər alır və onların icrası üçün daxili işlər naziri Tolstoya təlimat verir. 1880-ci illərdə hökümətin əmri ilə demək olar ki bütün yüksək rütbəli ermənilər vəzifəsindən azad edilir. 1885-ci ildə 160 erməni kilsə məktəbi bağlanır; 1889-cu ilin martında imperatorun erməni tarixi və coğrafiyasını məktəb tədris planlarından xaric etməsi haqqında fərmanı verildi. Bu sərt tədbirlər daşnakların Rusiya dövlətinin təməllərini sarsıtmaq üçün məkrli niyyətlərinə adekvat cavab idi.
Erməni millətçi hərəkatının özəyi terror idi, onlar ardı-ardına dövlət qulluqçularına bir sıra sui-qəsdlər törədirdilər. 1903-cü ilin oktyabrında dövlət qulluqçularına qarşı sui-qəsd cəhdlərin dalğası özünün birinci zirvəsinə çatmışdı. O zaman Daşnaktsutyun partiyasının üzvü Qnıçaq Qafqazın çar qubernatoru knyaz Qolitsina ağır xəsarət yetirmişdi. Başından qılınclanan knyaz yerindəcə keçinmişdi. Şayiələrə görə, terrorçular Qolitsinin başını kəsmək və başını Tiflisdəki Yerevan meydanına qoymaq qərarına gəlmişdilər. Ermənilərin knyaz Qolitsina olan qəzəbinə səbəb isə 1897-ci ildə Qolitsinin çarın diqqətini Tiflisdə və Bakıda ermənilərin bütün hakimiyyəti ələ keçirməsinə çəkməyi olmuşdu. Qolitsinin xəbərdarlığından sonra çar ermənilərin Dövlət Dumasına seçkilərdə iştirakdan tamamilə çıxarılması barədə fərman vermişdi. Daşnak Partiyasından olan erməni terrorçularının çar məmurlarına hücumları II Nikolayı Daşnak Partiyasının fəaliyyətini qadağan etməyə məcbur etdi. Uzun müddət partiya Qavqazda gizli fəaliyyət edirdi, sonra isə sürgün edildi və xaricdə aktiv oldu.
Sovet İttifaqı Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov hakimiyyətə gələn kimi erməni terrorçularına politoloqların sevdiyi terminlə desək kart blanş verdi (carte blanche, yəni fransızcadan tərcümədə ’Hərəkət etmək üçün qeyri-məhdud ixtiyari güc; məhdudiyyətsiz səlahiyyət’ verdi) və bununla da Qafqaz 1980-ci illərdən etibarən yenidən 20-ci əsrin əvvəllərindəki erməni terror aktlarından silkələn Qafqaza çevrilmişdi. Xatırladaq ki, çar I Nikolay erməni təşkilatlarını və kilsəsini həmin səbəbdən qadağan etmişdi.
1988-ci ildə əlləri qana bulaşmış Daşnak Partiyasının ofisi Afinadan Yerevana köçürüldü və bu hadisə təntənəli şəkildə Sovet İttifaqının ən böyük xəbərlər proqramı olan Vremya (Zaman) proqramının başlığı olaraq təqdim edildi. Beləliklə, Rusiya imperiyasının hakimiyyətinə qarşı sistematik təxribatçı fəaliyyətinə görə qadağan edilmiş partiya Sovet İttifaqının dağılmasından bir müddət əvvəl Sovet dövlətinin siyasi cəbhəsinə qayıtdı.
Daşnak Partiyası 1994-cü ildə yenidən müstəqil Ermənistan Respublikasında qadağan edildi. Qərar Ermənistanın o zamankı prezidenti Ter Petrosyan tərəfindən yenə dövlətin süqutuna təhlükə səbəbinə görə qəbul edildi. Lakin 1998-ci ildə Petrosyanın istefasından sonra və bu günə qədər Daşnak partiyası Ermənistanda ölkənin yönətici, sistem yaradan partiyası olaraq qalır, və bu partiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda barışmazlıq tonunu hər zaman təyin edir. Və bu məqam mütləq aydınlaşdırılmalı və dünyaya bəyan edilməlidir, çünki Daşnakların tətbiq etdiyi saxtakarlığın həddi-hüdudu yoxdur. Biz kollektiv şəkildə ABŞ və Avropanın ali orqanlarına, hüquq-mahifizə orqanlarına müraciət etməli, şikyaət etməliyik!
II. Rusiya tarixinin müxtəlif dövrlərində erməni millətçiləri Rusiya dövlətinin Cənubi Qafqazdakı əsaslarını sarsıtmağa çalışmışlar və hər dəfə dağıdıcı fəaliyyətləri pik həddə çattıqda, Rusiya taxtının sahibləri erməni ekstremizminə qarşı radikal qərarlar qəbul etmişlər. Bunu həm İmperator Yelizavetanın (Yelizaveta Petrovna), həm Çar III Aleksandrın, həm də çar II Nikolayın müvafiq fərmanları göstərir.
278 il geriyə qayıdaq, 1842-ci ildə baş verən hadisələrə nəzər salaq. Həmin ildə Çariça Yelizaveta Petrovna erməni kilsələrini və məktəblərini ləğv etmək haqqında fərman vermişdi. Nədən? Böyük Pyotrun qızını öz atasının ermənilərin xüsusi qorunması və onları himayəsinə götürərək Qafqazın ən gözəl diyarına köçürmək qərarını verdikdən cəmi 18 il sonra bu kəskin addımı atmağa hansı səbəb məcbur etmişdi? Cavab – Erməni Qriqoriyan kilsəsinin fəaliyyətindəki separatçı meyllər!
Arası təxminən 150 il çəkən bu iki oxşar hadisənin necə təkrarlandığını izləmək maraqlıdır. Bunun mahiyyəti əsrlər boyu erməni millətçilərinin Rusiyanı öz intriqalarına cəlb edə bilmələridir. Beləliklə, erməniləri sevindirmək üçün 1-ci Nikolay bir kilsəni digərindən üstün tutmuşdu – Alban kilsəsini Erməni kilsəsininin itaətinə verməklə Erməni kilsəsini Alban kilsəsindən üstün etmişdi. Sovet dövründə dövlət başçısı Mixail Qorbaçov isə bir xalqı digərindən üstün tutdu – erməniləri azərbaycan xalqına tərcih etdi. Bu isə 100-dən çox etnik qrupu ərazisinə daxil edən Sovet İttifaqı dövlətinin ərazisində təhlükəli hal idi və zəncirvari reaksiyalardan doğan hadisələrlə nəticələndi. Ancaq bu iki hekayələrdə ciddi fərq var. Qorbaçov erməni separatçılarının planlarına sonunacan razılıq verdi. Öncə 1828-ci ildə Azərbaycan xanlıqlarını ləğv edən və həmin əzəli Azərbaycan ərazilərində Ermənistan vilayətini (Oblast) yaradan 1-ci Nikolay isə bu layihənin təhlükəli nəticələrini başa düşmüşdü. Buna görə də o, 1840-cı ildə Ermənistan vilayətini ləğv edib bütün Cənubi Qafqazı Xəzər Quberniyasına və Gürcüstan-İmeret quberniyasına bölmüşdü. Tarixin bu dövründə baş verən erməni kilsəsinin başçılığı altında güclənən separatçı cəhdləri aşkara çıxmalıdır və dünyaya çatdırılmalıdır. Erməni Kilsəsi əslində Rusiya imperiyası ərazisində müstəqil bir erməni dövləti yaratmağı planlaşdırırdı.
Təəssüf ki, ötən əsrlərdə Cənubi Qafqazdakı, xüsusən Azərbaycanda erməni terrorçuların törətdiyi vəhşiliklər barədə məlumatlar ictimaiyyətdən gizlədilib, bu öncə Sovet İttifaqında, həm də hələ də Avropada susdurulan və ya qarşısı alınan mövzudur. Bu günə qədər ermənilərin ən başarılı layihələri arasında Çar 1-ci Nikolayın erməni müşaviri, eyni zamanda Lazarev İnstitutunun Şərqşünaslıq şöbəsinin müdiri erməni Xristofer Lazarevin hazırladığı layihə qeyd edilməlidir. X. Lazarev (səkil 31, son şəkil) həmin layihəni çox böyük ustalıqla, lakin hiyləgərliklə çara təqdim etmişdir. Lazarevin gizli planı Rusiya imperiyası dövründə ermənilərin muxtariyyət qazanması, sonra da tədricən Azərbaycan torpaqlarında ”öz dövlətlərini” qurmaqdan ibarət idi. Bu məqam dünya ictimayyətinə çatdırılmalıdır.
Bəli, Azərbaycan torpaqlarında erməni dövləti. Ermənistan vilayəti termini də elə bu ideyadan ortaya çıxmışdı. O ərazidə ki, orada Ermənistan deyə bir yer tarix boyu öncədən heç bir vaxt olmamışdı və o ərazi yalnız Azərbaycan xalqının yaşadığı və Azərbaycan Türklərinin hökmranlıq etdiyi coğrafi bölgə olmuşdur! Bu çox uzaq keçmiş deyildir və qanıtlara ehtiyac yoxdur. Qanıtlar çoxdur, amma yenə də bir qanıt verək. 1829-cu ildə Rusiya İmperiyasının Ural şəhərindəki fabrikində yaradılan medalyonu. Medalyon ”Yerevan qalasının fəthi” adlanır (şəkil nr 1-ə baxın). Medalyonda İrəvandakı müsəlman məscidlərinin təsvirini görə bilərsiz. Bu medalyonda İrevan şəhərinin ən uca nöqtələri məscid minarələridir.
Kristofer Lazarevdən və onun Ermənistan dövləti yaratmaq layihəsindən danışarkən, iki hadisəsini qeyd etmək yerinə düşərdi. İki almaz məsələsi. İlk hadisə 248 il əvvəl, qraf Orlovun çariça II Yekaterinaya ad günü münasibətilə hədiyyə verdiyi nəhəng bir almazın meydana gəlməsidir. O zaman çariça II Yekaterina və onun sevgilisi qraf Orlov, almazın erməni İvan Lazarev tərəfindən dövlət xəzinəsindən 1.000.000 qızıl rubl qiymətə alındığını hər kəsdən gizli saxlamışdı. Bu almaz Pers dövləti hökmdarı Nadir şahın öldürülməsindən dərhal sonra şahın xəzinəsindən oğurlanmışdı və qəribə olsa da, sonra həmin almaz erməni tacirinin Stokholmda dükanında satışa çıxarılmışdı. Və sonra Rusiya imperatoruna satılmışdı. Rus xalqının ödədiyi vergilər hesabına maliyyələşdirilən Rusiya xəzinəsindən bu oğurlanmış almaz üçün ödənilən pullar Sankt-Peterburq şəhərində Nevski Prospektində yerləşən Erməni Kilsəsinin inşasına xərclənmişdi.
İkinci hadisə, Mixail Qorbaçovun ABŞ-ya rəsmi səfəri zamanı Sovet dövlətinin birinci xanımı Raisa Qorbaçovaya hədiyyə olaraq ermənilər tərəfindən yeni bir almaz hədiyyə edildiyi zaman meydana gəldi (baxın Şəkil nr 20). Təəccüb doğuran hal odur ki, ABŞ-dakı diasporalar arasında ziyarət etmək üçün Raisa Maksimovna Sovet İttifaqındakı ən böyük xalqları (rusları, ukraynalıları və ya başqa xalqların diasporasını deyil), Sovet İttifaqındakı ən kiçik xalqı – erməni diasporasını seçmişdi. Və hadisənin üstündən çox keçmədən Qorbaçov cütlüyünü rəzillik gözləyirdi. Bir neçə ay sonra, Qorbaçov Dağlıq Qarabağı Ermənistana təhvil verə bilmədikdə, bölgədə ermənilər üsyan qaldırdı, orada separatçılar ”Raisa, brilliantı geri qaytar!” yazısı olan plakat qaldırdılar. Rəsmi Kreml mərkəzi mətbuatda açıqlama verməli oldu və Qorbaçov ”dövlət başçılarına verilən hədiyyələr dövlətin xüsusi xəzinəsində saxlanılacaqdır” bəyanatını verdi.
III. Ermənilərin miqrasiya tarixçəsi və oğurlanmış kilsələrin hekayəsi. 1-ci Pyotrun dövründən bəri Rusiya İmperiyası xristianları Qafqaza köçürmək istəyirdi, ancaq elə alındı ki, yalnız ermənilər köçəsi oldu. İrəvan qalasının fəth edilməsindən dərhal sonra, 1828-ci ildə Türkmançay müqaviləsinin imzalanması ilə rus generallığı, bütün xristianlara, o cümlədən aysorlara (Assurilərə), albanlara və digərlərinə Persiyadan Qafqaza köçmək istəyənlərə köçmək təklifi ilə müraciət edirdi. Lakin polkovnik Lazarev, erməni mənşəli digər yüksək vəzifəli məmurların dəstəyi ilə, yalnız ermənilərin köçürülməsi üçün əlindən gələn hər şey edirdilər. 1828-ci ildə İranın Marağa bölgəsindən Jerevan xanlığına, həmçinin Naxçıvan və Qarabağ bölgələrinə ermənilərin köçürülməsi prosesi başladı. Məhz bu bölgələrə köçürülmə faktı kral ordusunun polkovniki Lazar Lazarevin Pers dövlətində yaşayan xristianlara müraciətində qeyd edilmişdi. O yazmışdı ki, ”Rusiya imperatoru sizlərə güvənli daşınma və Yerevan, Naxçıvan və Qarabağ bölgələrində məskunlaşmaqla, münbit torpaqlara yiyələnib bolluq, rahat və xoşbəxt həyat vəd edir.”
1978-ci ildə ermənilər Qarabağa köçmələrinin və orada məskunlaşmalarının 150 illik yubileyi münasibətilə üzərində ”Maraga 150” yazısı olan bir abidə inşa etdilər (baxın şəkil nr 2). Bu hadisədən on il sonra isə, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşməsi üçün separatçı hərəkatı inkişaf etdirdikdən sonra, abidə dərhal fərqli bir görkəm aldı – yazı abidədən silindi. Bu, 1988-ci ildə üsyan edib torpaq iddiası edən ermənilərin əslində bu əraziyə 1828-ci il Türkmənçay müqaviləsi əsnasında buraxılmasının çox açıq bir şəkildə göstəricidir.
Çariça 2-ci Yekaterinanın hakimiyyəti dövrünə aid arxivləri incələnməlidir. Sənədlər göstərir ki, Rusiya İmperiyası 2-ci Yekaterinanın hakimiyyəti dövründə, ermənipərəstlər dünyanı inandırmağa çalışdıqları kimi Erməni kilsəsini deyil, qədim Alban ortodoks kilsəsini dirçəltmək niyyətində idi, yəni xristian dünyasının ən qədim kilsəsini! Knyaz Qriqori Potemkinin bu barədə verdiyi layihədə yazılır: “Pers dövlətinin Bakı, Dərbənd və digər torpaqları işğal etməyə çalışmasından yaranan vəziyyətdən faydalanaraq biz işğal olunmuş ərazini Albaniya və vəliəhd Konstantin Pavloviçin gələcək mirası adlandırmalıyıq”. Rus hökmdarları erməni separatçı iddialarından xəbərdar idilər və əvvəllər Qafqazda heç vaxt olmayan bir ünsürün, yəni Ermənistan dövlətinin, bərpası üçün səy göstərməzdilər. Əlbəttə, xristian apostol ənənələri olan Albaniya onlara daha əziz idi. Bununla yanaşı, erməni xalqının tarixində bu həqiqət kobud şəkildə saxtalaşdırılır, buna Çarın Zaqafqaziyanın xristian əhalisini öz tərəfinə çəkmək üçün Ermənistanı bərpa etmək niyyəti kimi istinad edilir.
Sonra, ermənilər alban patriarxının icazəsini və eyni zamanda 16-cı əsrin ortalarında Azərbaycan dövləti Qara Qoyunlu hökmdarının icazəsini aldıqdan sonra, erməni katolikləri erməni kilsəsini Kilikiyadan Cənubi Qafqaza, qədim Albaniya torpaqlarına köçürdülər və onu Eçmiadzin (üç kilisə) adlandırdılar. Və bununla orada erməni katolik kilsəsi üçün hər tərəfli meydan yaradıldı. Əslində, Roma taxtının dəstəyi ilə 18-ci əsrdə qurulan erməni kilisəsinin katolik qanadı, Alban Aftokefal (müstəqil) kilsəsinin təmsil etdiyi Qafqazın avtoritar mənəvi qurumunu məhv etmək planını hazırladı (şəkil 18).
Alban Aftokefal kilsəsinin dağıdılması yönündə məkrli planını həyata keçirmək üçün Erməni Kilsəsi o dövrdə Qafqaza yeni gəlmiş və siyasətini yeni bir bölgədə inkişaf etdirməyə başlayan Rusiya ilə iş birliyi edib və onun siyasətini qullanıb öz məqsədinə çatmağa çalışırdı. Erməni Kilisəsi 1 -ci Nikolayın güvənini elə qazanmışdı ki, o erməni hərəkətlərinin Rusiyanın yeni fəth edilmiş ərazilərində bir erməni Katolik kilsəsinin yerləşdirilməsini, yəni düşmən olduğu Roma Katolik Kilsəsinin ambisiyaları ilə üst-üstə düşdüyünü belə bilmirdi. 1-ci Nikolaydan danışarkən qeyd etmək lazımdır ki, o Alban kilisəsini ermənilərin idarə etməsinə icazə verməklə, əslində yalnız Qafqazda deyil, bütün xristian dünyasının ən qədim kilsəsinin dağılmasına səbəb oldu! Ermənilər o zaman bütün Alban mədəniyyətini, Albaniya hökmdarlarının miraslarını məhv etdilər.
1836 -cı il Rusiya tarixində əsasən iki tarixlə yadda qaldı. Birincisi, I Nikolayın taxta çıxmasının onuncu ildönümü idi və bu münasibətlə xatirə qızıl pulları buraxılmışdı. İkinci tarix, alban patriarxal kilsəsinin ləğvi ilə bağlı qərarın imzalanması idi, nəticədə bütün alban kilisələri erməni kilisəsi olmuşdu. Alban yazıları erməni yazıları ilə əvəz edilmişdi. 16-cı əsrə qədər Qafqazda heç vaxt mövcud olmayan Erməni Kilisəsi, beləliklə Alban kilisəsinin xarabalıqları üzərində yerləşmişdi. O dövrdə erməni vartapedləri və məlikləri Rusiyanın siyasi ambisiyalarından səlis şəkildə istifadə edirdilər. Nəticə etibarilə, bugünkü prizmadan baxarsaq, Qafqazın Rusiyaya qoşulma tarixi Rusiya tərəfindən azərbaycanlılara qarşı diskriminasiya (ayrıseçkilik) tarixi hesab olunmalıdır. Və burada üzərində dartışılanacaq, aydınlaşdırılması qərəkən çox incəliklər vardır.
IV. İrəvanın qalasını ”erməniləşdirmək” mümkündürmü?! Bu gün Ermənistanın paytaxtı Yerevan dünyada yad bir sivilizasiyanın xarabalığı üzərində qurulan yeganə şəhərdir. Yerevan əzəli Azərbaycan torpaqlarında yenidən qurulan şəhərdir. 2011-ci ildə Azərbaycanda Rusiya-İran müharibəsində Rusiya imperiyasının qələbəsində mühüm rol oynamış İrəvan qalasının 500 illiyi qeyd edilmişdi. Rusiya tarixində güclü iz buraxmış qala şəhər. Borodino döyüşü panoramasının yaradıcısı, böyük rus rəssamı Frans Rubo (Franz Roubaud (Rusca: Франц Алексеевич Рубо), gələcək nəsillərə İrəvan şəhərinin bu günə qədər yeganə rəsm sənədini bəxş etmişdi. İrəvan qalasının fəthi adlı bu rəsm 1893 -cü ildə nümayiş edilmişdi. Qədim Azərbaycan şəhəri İrəvanın rəsmi Rubodan bizə əbədi yadigar qalmışdır. 11 oktyabr 1827-ci ildə Rusiya qoşunlarının İrəvan qalasını mühasirəyə alması bu rəsmdə əks olunur (şəkil 30). Rəsmdə İrəvanın məscidlərinin günbəzləri təsvir olunubdur və bu rəsmdə 1-ci Nikolayın tacqoymasının onuncu ildönümünə həsr olunmuş kiçik sikkələrlə müqaisədə məscidlər və günbəzlər daha yaxşı görünür..
Qalanın tarixi. 1504-cü ildə Səfəvi dövlətinin hökmdarı Şah İsmayıl özünün hərbi komandiri Revan Qulu xana Zəngi çayının daşlı-qayalı sahilində bir qala inşa etməsini əmr etmişdi (Şəkil 13, Zəngi çayı üzərindəki körpü). O zaman onların ağlına da gəlməzdi ki, 400 ildən sonra, qədim Azərbaycan torpağı olan İrəvan şəhərində ermənilər məskunlaşacaqdılar, qalanı dağıdacaqdılar və Zəngi çayının adını dəyişib Razdan qoyacaqdılar. Qala yeddi il ərzində tikilmişdi və 1672-ci ildə istifadəyə verilmişdi və Rəvan Qulu xanın şərəfinə Rəvan adını almışdı. Sonralar adı İrəvan halına gətirildi (güman edirəm ki, biz türklər ‘r’ ilə başlayan sözləri ifadə etməkdə çətinlik çəkdiyimizdəndir. Məsələn, Rza adı ‘irza’ tələffüz olunur). İrəvan qalasında 8 məscid və 800 ev var idi və sakinləri yalnız yerli millətin – azərbaycanlıların nümayəndələri idi. Bu gün nə İrəvanın qalası, nə İrəvan Xan Sarayı (Sərdar xan sarayı), nə şərq naxışlı evlər, nə də İrəvandakı Azərbaycan məscidləri qalmır.
Dünyanın bütün şəhərlərində qalalar ənənəvi olaraq tarixi yer hesab edildiyindən – şəhərin ürəyi kimi qorunub saxlanılmışdır. İrəvanda isə şəhərin ürəyi yoxdur. Ermənilər o ürəyi sökdülər, parçaladılar, özdə Sovet İttifaqı dövründə, Azərbaycan və Ermənistanın qardaş respublikalar hesab edildiyi 1960-cı illərin əvvəllərində. İndi Yerevan dünyada qalası olmayan yeganə şəhərdir, qədim dövr və ya orta əsr memarlığı olmayan qədim şəhər. Fotoya baxsanız (şəkil 6 və 14) 19-cu əsrin İrəvanını və 20-ci əsrin sonlarındakı Yerevanı müqaisə edə bilərsiz. Köhnə İrəvandan heç bir şey qalmadığı iki fərqli şəhər. Yaxşı ki, rus etnoqrafları və litoqrafları şəhəri təsvir etmişdilər və mühəndislər öz əsərlərində Azərbaycanın İrevan şəhərinin maketlərini yaratmışdılar.
Rusiya Rəssamlıq Akademiyasının vise-prezidenti Knyaz G.Qaqarin, böyük rus rəssamları Frans Rubo, V. Sergeyev, N.B. Qruşev öz rəsm və litoqrafiyalarında İrəvandakı Azərbaycan ruhunu çatdırmışlar. Bu gün bütün bu əsərlər erməni millətçilərinin vandalizminə, qədim Azərbaycan sivilizasiyasınının şah əsərlərinin məhv edilməsinə qarşı sənədlərdir və bir növ izahat aktına çevrilmişdir. Üzərində 1927-ci il tarixi olan fotoşəkil də (şəkil 21, 23, 29) şəhərin tarixin faktına çevrilibdir. Bu şəkil çəkilən zaman İrəvanın Rusiya tərəfindən zəbt edildiyindən 100 il keçmişdi və şəhər əvvəllər olduğu kimi öz parlaq gözəlliyində qalmışdı, hətta turistlərin ziyarətgahına çevrilmişdi. Bu fotoşəkildə (şəkil 19) İrəvanın Qafqazda əlamətdar bir yer olduğu yazılıb. Təəssüf ki, bu da erməni millətçilərini dayandırmadı. 1964-cü ildə sarayın bu yerində yalnız bir neçə daş- qalıq qalmışdı.
Erməni millətçiləri təbliğ etdikləri kimi, İrəvan qalası həqiqətən də onların öz tarixinə aiddirsə, niyə onu məhv etdilər? Cavab çox sadədir: İrəvan qalası, eləcə də Sərdarabad Sarayı (Sərdar xanın sarayı), hamamlar, məscidlər və s. qəsdən məhv edilmişdir, çünki onlar Azərbaycan orta əsr memarlığının şah əsərləri idi və onları erməniləşdirmək mümkün deyildi. Bu abidələr ermənilərin şəhərin tarixi haqqında yalan danışmalarına mane olurdular. Azərbaycan türkləri, eləcə də bütün türklər bu faktı bilməli və hər yerdə hər zaman ifşa etməlidirlər.
Son zamanlar Azərbaycanda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə verməsindən bəhs olunur. Fikrimcə, yenicə qurulmuş AXC hökumətinin bu qərarı millətçi ermənilərin (daşnakların) vəhşi müharibəsinə son qoymaq istədikləri üçün çıxılmaz vəziyyətdən doğan qərar idi. Ermənistan Respublikası elan edildikdən dərhal sonra Azərbaycan və Gürcüstana qarşı müharibə aparırdı. Rusiya ilə sərhəddə, milli ordusunu yaratmağa belə vaxt tapmayan gənc Azərbaycan Respublikası Risiya İmperiyasının generalı Denikinin Ağ Qvardiyası ilə mübarizə aparmalı oldu. Eyni zamanda İngilis qoşunları Bakıya gəlmişdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyskinin xarici işlər naziri Məmməd Həsən Hacınskiyə 29 may 1918-ci il tarixli məktubu buna sübutdur: “Biz ermənilərlə mübahisəni dayandırmışıq. Onlar bizim ultimatumu almalı və müharibəyə son qoymalıdırlar. İrəvandan imtina etməyə məcburuq.” (şəkil 17 bax).
Bu hadisədən iki il sonra, yəni Sovet hökumətinin qurulmasından sonra Fətəli xan Xoyskinin 19 iyun 1920-ci ildə Tiflisdə Daşnaktsutyun partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan tərəfindən öldürüldüyünü də vurğulayaq. Onu da vurğulayaq ki, 28 may 1918-ci ildə ermənilər nə əraziləri, nə də bir siyasi mərkəzi olmadan Qafqazda müstəqil dövlət qurduqlarını elan etdilər. Anadoluda Ermənistan yarada bilməyəcəklərini başa düşdükləri üçün Qafqazda məskunlaşdılar. Onlara bir paytaxt lazım idi və Azərbaycan onlara bu paytaxtı verdi.
Sadalanan bütün faktlara baxmayaraq, Azərbaycan Ermənistana heç bir ərazi iddiası irəli sürmədi. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək siyasi tribunalardan aydın şəkildə dəfələrlə ifadə edilmişdir: ”Baxmayaraq ki, ermənilər bizim tarixi torpaqlarımız olan İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur mahalı ərazisində dövlət qurmuşlar, biz Ermənistanın bir qarışına göz dikməmişik”.
Müasir Ermənistan və onun paytaxtı Yerevan məhv edilmiş Azərbaycan toponimlərinin, Azərbaycan mədəniyyətinin, erməniləşdirilmiş alban memarlığının və yüz minlərlə məhv edilmiş azərbaycanlının qalıqları üzərində qurulmuşdur. Bunu bizim gəncliyimiz yaxşı bilməlidir. Bu tarixə Azərbaycan məktəblərində geniş yer ayrılmalıdır, bu tarix həmçinin Azərbaycanın turizm və mədəniyyət sahəsinin bir parşası olmalıdır.
V. İrəvan qalasının fəth edilməsinə baxmayaraq, rus ordusu onu məhv etmədi. Xanlığın ləğvindən və Ermənistan vilayətinin yaranmasından sonra da İrəvan qalası şəhərin ürəyi olaraq qalmışdı. Yalnız 1920-ci ilin noyabrında əzəli Azərbaycan torpaqlarında Ermənistan SSR yarandıqdan sonra bütün qədim Azərbaycan toponimlərini tamamilə dəyişdirilməyə və memarlıq abidələrimizin məhv edilməsinə başlanmışdır. Erməni millətçilərinin öz vandalist hərəkətlərini Rusiyanın arxasında üsulca gizlətmələrinə diqqət yetirin. Azərbaycan abidələrini uçurub yerində tikdikləri hər şeyə onlar rus adları verirlər. Bu, 2008-ci ildə İrəvandakı Rossiya (Rusiya) Meydanının açılış mərasimində aydın oldu (şəkillər 16 və 24). Ermənistan Respublikasının o zamankı Prezidenti Serj Sarkisyan Yerevanın bu mərkəzi meydanının açılış mərasimində çıxış edərkən aşağıdakı sözləri söyləmişdir :
”Bu meydanın tarix boyunca Ermənistan-Rusiya münasibətlərinin tam genişliyini əks etdirən İrəvan qalasının bir vaxtlar buraya çox yaxın yerdə olması simvolikdir. Məhz bu qalada general Paskeviçin rus qarnizonu 1 oktyabr 1827-ci ildə öz bayrağını qaldırmışdır və eyni zamanda Griboyedov ”Qore ot uma” (”Ağıldan bəla”) adlı ölməz komediyası ilk dəfə müəllifin iştirakı ilə səhnəyə qoyulmuşdu.”
Çox güman ki, Rusiyadakı siyasətçilər və ictimaiyyət Serj Sarkisyanın dediklərinin mahiyyətininə varmamışdılar və ya əhəmiyyət verməmişdilər. Ancaq Bakıda bu ifadə hiddətə səbəb olmuşdu. Axı Sarkisyan məhv etdikləri İrəvan qalasını Ermənistan-Rusiya münasibətlərinin simvolu adlandırmışdı. İrəvan şəhərinin Ermənistana təhvil verilməsi ilə ruslar səhvən güman edə bilərlərdi ki, qala Roma imperiyası dövründən bəri mövcud idi və zamanla məhv edilmişdi. Yeri gəlmişkən, erməni mənbələri (xüsusilə wikipedia) qalanın zəlzələ nəticəsində dağıldığını bildirirlər və bu çox gülünc səslənir. Qala 1960-cı illərdə ermənilərin özləri tərəfindən qəsdən dağıdılmışdı, sökülmüşdü (bu barədə çox sayda sənəd var), və məlum faktdır ki, qalanın da, xan sarayının da hələ bir neçə min illər boyu dayanmasına gücü vardı! (şəkillər 8- 12).
Göründüyü kimi, Sarkisyan Rossiya meydanının İrəvan qalasının, xan sarayının yerində qurulduğunu etiraf edir və eyni zamanda Azərbaycan qalasını Ermənistan – Rusiya münasibətlərinin simvolu kimi təqdim etməyə çalışır. Sarkisyan, Rusiya Prezidenti Dmitri Medvedyevə bildirir ki, qədim İrəvan qalasının ərazisi, xan sarayı, Qriboyedovun şah əsəri olan, dünya çapında məhşur komediya əsəri ”Ağıldan Bəla” əsərinin müəllifin sağlığında, yəni özü həyatda ikən, ilk teatr səhnəsinə qoyulduyu yerdir. Ancaq eyni zamanda Sarkisyan həmin yerin Sərdar xanın dəbdəbəli sarayı olduğu faktını gizlədir.
Aleksandr Griboyedov 4 fevral 1819-cu il tarixli məktubunda Sərdar xanın gözəl sarayını belə təsvir etmişdir: “Həm tavan, həm də bütün salon Yapon naxışları ilə bəzədilmişdir; solda sütünlar və pəncərələr uzanan bütün divarı tutur. Pəncələrin içərisində oymalar və qarışıq rəngli bir şüşə parçaları vardır. Girişin qarşısında kamin var. Sağ tərəfdə uzun divarda yarımdairə formasında bir boşluq var, burada konveks dam güzgülü parçaların xaosunu təmsil edir. Burada da kamin var. Bütün divarlarda, biri digərinin üstündə iki cərgədə boyanmış möhtəşəm rəsmlər var. Onlardan biri ”Fars nəhəngi Rüstəmin sərgüzəştləri” rəsmidir (şəkillər 21, 22, 25, 26).
Lakin ermənilər qalanı və sarayı uçurmaq əvəzinə, oranı yaxşı saxlaya və Qribojedovun xatirəsinə xatirə lövhəsi qoya bilərdilər. Bu da erməni-rus mədəniyyət ilişgiləri tarixində önəmli bir dəlil ola bilərdi!
Eyni çıxışda Serj Sarkisyan bunları da söylədi: “Bu gün bu meydan xalqlarımız arasındakı minillik qardaşlıq ənənələrinə və mənəvi qohumluğa sadiqliyin daha bir simvolu oldu. Axı Moskvada Qırmızı Meydandakı məşhur Vasiliy Blazjennıy Soboru (Vasili Katedralı) olduğu kimi. Bu katedralın gözəl kilsələrindən biri də Aydınlatıcı Qreqoriy kilsəsidir” (fotoşəkil 27). Aydınlatıcı Qriqoriy (e.ə. 257 -331) erməni kilsəsinin yaradıcısıdır.
Yeravan tarixi muzeyində İrəvan qalasının maketi var. Bu maketin üzərində məscidlərin qübbələri vardır (şəkil 4), yəni 1960-cı illərin başlarına qədər (kitablarda bu modelin fotoşəkilləri vardır). Sonra erməni millətçiləri həmin məscid qümbəzlərini götürməyə gərar verdilər (şəkil 3) və 1971-ci ildə Sovet lideri Leonid Brejnev maketə baxarkən çəkilən fotoşəklində, Sovet lideri Leninin adını daşıyan Lenin meydanında, artıq məscidlər, qədim İrəvan nişanları və bu yerdə əvvəllər mövcud olmuş şərq naxışları olan gözəl evlər yoxdur. Beləliklə, Sovet Ermənistanının rəhbərləri bu dəfə öz vandalizmlərini Leninin adı ilə örtdülər.
VI. Yerevan şəhəri – vandalizmin açıq muzeyidir. Bunu bütün dünya bilməlidir. Və biz, Azərbaycan Türk milləti, əslində gərək UNESCO-ya və digər ümumdünya təşkilatlarına kollektiv şəkildə şikayət edib Ermənistan dövlətini bu vandalizmə görə məhkəməyə verək! Son onilliklərdə Ermənistanda Azərbaycan memarlığının bütün əsərləri yer üzündən silinmişdir. Bugünkü Ermənistan yenidən inşa edilmiş bir ölkədir. Bundan əlavə, bu ölkədə təkçə bir etnik xalq yaşayır – ermənilər. Halbuki, bütün Qafqazda hətta qonşu kəndlərdə belə fərqli dillərdə danışan, müxtəlif xalqların/etnik qrupların nümayəndələri yaşayır. İran, Türkiyə, Gürcüstan və Azərbaycan kimi çoxmillətli ölkələrlə/dövlətlərlə qonşu olan və təkmillətli olan Ermənistan dünyada bir istisnadır! Bu da bu ölkədə müsəlman əhalinin etnik təmizlənməsinin əyani sübutudur! Bu gün bir türkün qalmadığı Ermənistan adlı bu dövlət on minlərlə erməni əsilli türk vətəndaşının yaşadığı və Ermənistandan on minlərlə yasa dışı (qeyri-qanuni) köçkünün işlədiyi və çiçəkləndiyi Türkiyəni ermənilərin soyqırımında günahlandırır! Bundan əlavə, Ermənistanın gerbində gözəl Ağrı Dağı (Ararat) rəmzinin olmasına baxmayaraq, Ermənistan özü Türkiyənin ərazisini iddia etmir. Bu isə milyonlarla insanın Ağrı Dağının Ermənistan ərazisində olmasını zənn etməsinə səbəb olmuşdur, baxmayaraq ki dağ Türkiyədədir!
Ermənilərin tarixində, kulinariyasında (mətbəx mədəniyyətində) və ümumiyyətlə mədəniyyət və incəsənət təsvirlərində bu cür uydurmalar çox olub. Təəssüf ki, milyonlarla insan, əsasən televiziyanın və digər kütləvi informasiya vasitələrinin ortaya çıxması ilə belə yalançı faktlar gerçək qəbul etmişdir. Problem ondadır ki, Rusiya, ABŞ və Qərbi Avropadakı böyük televiziya kanalları özlərinin hansı yalan şəbəkələrinə düşdüklərini və erməni saxtakarlığını həqiqət kimi qəbul etdiklərini belə bilmirlər. CNN, Euronews, BBC World News, Rusiyanın NTV və Rossia kanalları, Fransa telekanalları, özəlliklə France 24, Ermənistanla bağlı yalan məlumatların yayımlanmasında yaxından iştirak etmişdir.
Keçmiş pravoslav kilsəsinin və İrəvandakı Azərbaycan məscidinin yerində Moskva kinoteatrının inşaat işlərini əks etdirən fotoşəkillər vardır. Bu yolla Sovetlər dönəmində Ermənistan Rusiyanın arxasında gizlənərək, Rusiyanı qullanaraq, azərbaycanlıların etnik təmizlənməsi prosesini başlamışdı. Yəni həm insanları, həm mədəniyyəti təmizləməklə. Azərbaycana aid olan bütün əlamətlərin tamamilə təmizlənməsi, yəni Azərbaycan xalqına məxsus və müxtəlif coğrafi vahidlərin adlarının dəyişdirilməsi, memarlıq və tarixin saxtalaşdırılması ilə.
Toponimlərin etnik təmizlənməsi Azərbaycan toponimlərinin erməni dilinə dəyişdirilməsi məqsədi ilə davam edən bir proses idi və bu proses 2000-ci illərin əvvəllərinə qədər davam etdi. Buna əmin olmaq üçün Sovet Ensiklopedik lüğətinə baxmaq kifayətdir. Həmin mənbədə, görmək olar ki, məsələn, Salah (Azərbaycan-Türk toponimi) 1991-ci ildə erməni adı Akavnavanla dəyişdirildi; Kətran 1948-ci ildə Gedaliç oldu; Aşağı Qaranlıq 1936-cı ildə Martuni oldu; Doqquz 1945-ci ildə Kanaçuta adına dəyişdirildi və s., yəni bu siyahı uzundur. Yuxarıda deyildiyi kimi, ensiklopediyada Razdan çayı əskidən Zəngi adlanırdı. Stepanavan 1924-cü ilə qədər Azərbaycanın Cəlaloğlu mahalı idi. Hamıya yaxşı məlum olan Sevan gölü əskidən Göyçə adlanırdı. Azərbaycan dilində ”göyçə, göyçək” gözəl mənasını verir. Bu gün Qarabağda ermənilərin iddia etdikləri Stepanakert şəhəri tarixən (1923-cü ilə qədər) Xankəndi adlanırdı, yəni xanın kəndi.
Yaxşı ki, bütün bu məlumatlar ensiklopediyalarda qorunub saxlanılmışdır. Və bu adların qeydə alınmasının əsasını İrəvan xanlığı ləğv olunduqdan sonra, 1829-cu ilin əvvəllərində Ermənistan vilayətinin yaradılmasından sonra general Paskeviç qoymuşdu. Paskeviç öz kollegiya asessenti Şopenə əhalininvilayətdə dinə görə siyahıya alınmasını aparmağı tapşırmışdır. Bunun sayəsində Azərbaycan əhalisinin erməni əhalisinin sayından üstünlüyü ilə bağlı sənədləşdirilmiş faktlar ortaya çıxdı və bunun sayəsində həmçinin Azərbaycan toponimləri qorunub saxlanıldı. Əks halda Sovet Ermənistanı Azərbaycana aid hər şeyi mütləq iz buraxmadan silərdi. Azərbaycanın etnik təmizlənməsi bu bölgəyə 1828-ci ildə ermənilərin Pers dövlətindən, Cənubi Azərbaycandan və Şərqi Anadoludan İrəvan xanlığına və Naxçıvan xanlığına kütləvi miqrasiyası ilə başladı. Sonra rus diplomatı Aleksandır Griboyedov dərhal Rusiya imperatoruna ”Vsepoddanneyşaya Zapiska » adlı məruzə xarakterli məktubunu yazdı. Məruzədə Griboyedov çarın diqqətini yerli müsəlman əhalisinin sıxışdırılmasına yönəltdi. Azərbaycanın gizli soyqırımı 29 noyabr 1920-ci ildə, əzəli Azərbaycan ərazisində Ermənistan Sovet Cümhuriyyəti yarandıqdan sonra da davam etdi. 1947-48-ci illərində Sovet İttifaqının rəhbəri Stalin tərəfindən azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi ilə bağlı iki sərəncam verildi.
Bu, dünya tarixində görünməmiş bir hal idi, bu Sovet İttifaqına xas, bənzəri olmayan tarixi hadisəsidir. Stalin rejimi dövründə ona etibarsız görünən bütün etnik qruplar Sibirə sürgün edilirdi. Azərbaycan Respublikasında və ya Gürcüstanda yaşayan azərbaycanlılar deportasiya edilmədilər, yalnız indiki Ermənistan ərazisində yaşayan Azərbaycanlıar deportasiya edildi. Bu da o deməkdir ki, kommunist rejiminin rəhbərləri Ermənistanı azərbaycanlılardan məqsədyönlü təmizləyirdilər.
Başqa unikal bir həqiqətə diqqət yetirək. Sovet Ermənistanı, digər Sovet respublikalarından fərqli olaraq, Mərkəzi Komitənin ikinci katibi rus deyil, erməni olan yeganə respublika idi. Bundan əlavə, Politbüroda (Sovet İttifaqının hökümətində) ikinci şəxs erməni Anastas Mikoyan idi. Bu, Kremlin Ermənistana nəzarətini xeyli dərəcədə zəiflətmişdi və bunun sayəsində Sovet Ermənistanını yalnız ermənilər sərbəst idarə edirdi, Ermənistanda vandalizm baş alıb gedirdi və azərbaycanlıların etnik təmizlənməsi sistematik şəkildə həyata keçirilirdi.
Bu arada faktlar erməni yalanlarından və təxribatlarından daha güclüdür. Qədim dövrlərin mənbələri və coğrafi xəritələr, Ermənistan adlı bir ölkənin əvvəllər Qafqazda heç vaxt olmadığını göstərir. Buna görə qədim salnaməçilər öz əsərlərini Ermənistanın tarixi deyil, ermənilərin tarixi adlandırırdılar. ”Ermənistan tarixi” termini Sovet İttifaqı dövründə, 1920-ci illərdə yeni yaranmış Ermənistan Respublikasının tarixini icad etdikdə ortaya çıxdı. Erməni salnamələrin başlıqları uyduruldu və əsərləri ”Ermənistan tarixi” kimi təhrif edilmiş yazılarla çap edildi. Bu saxtakarlıqlara görə rəsmi Yerevanın qondarma tarixi elmi Avropa və ABŞ-dan əsaslı şəkildə fərqlənir. Günter Levinin (Massaçusets Universitetinin professoru), Mixail Günterin (Tennessi Texniki Universitetinin professoru), Justin McCurdy (Louisville Universitetinin professoru), Norman Stounun (İngilis professoru), Nina Garsoianın ( ABŞ, Kolumbiya Universitetinin prof.), James Robert Russellin (prof. Harvard), Robert Grigorsianinin (Michigan Universitetində prof.), prof. George Burnutianın, prof. Levon Avdoyan və s. tarixçilərin əsərlərini qeyd etmək olar.
Qərb tədqiqatçıları, həmçinin erməni əsilli olanları, Ermənistan Respublikasındakı tədqiqatçılardan fərqli olaraq, erməni saxtakarlarının maraqlarına zidd olan etibarlı dəlillərə güvənirlər. Erməni millətçi tarixçilər Anadolunu Orta əsrlər Ermənistanı adlandırırlar, Amerika araşdırmaçıları ermənilərlə bağlı yazılarında həqiqətə əməl edərək Anadolunu Türkiyənin parçası adlandırırlar. Və bunun üçün müasir Ermənistanda Amerika professorlarına ciddi maneələr olunur.
Mənbələr:
Adonts, N. Yeni Ensiklopedik Lüğət. Адонц Н. Армения. – Новый энциклопедический словарь Брокгауза-Ефрона. СПб, 1912, том 3.
Anninskiy A. Erməni kilsəsinin tarixi (19-cu əsrə qədər). Аннинский А. История армянской церкви (до XIX века). СПб., 1898, с. 330.
Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlamentin Stenoqrafik raportları. Qanunvericilik aktları. Sənədlər toplumu, Baku, 1998.
Şopen İ. Qafqazın qədim tarixinə və əhalisinə aid qeydlər. Шопен И. Новые заметки на древнюю историю Кавказа и его обитателей. СПб, 1896, с. 26.
Daşnaklar. Polis şöbəsinin materiallarından. Дашнаки. Из материалов Департамента полиции. ЦГАОР СССР, ф. 102, оп. 253, ед. хр. 280, лл. 1–12 об. Публикация в «Военно-историческом журнале», М., 1990, № 8, 9.
Yeremyan S.T. ”Erməni xalqının tarixi” kitabından atlas. Birinci hissə.
Еремян С.Т. Атлас к книге «История армянского народа. Часть 1. Ереван, 1951; Ереван, 1952, карта «Армянское нагорье».
Kaçaznuni O. Daşnaktütünün artıq işi qalmadı! – Качазнуни О. Дашнакцутюн больше нечего делать! Бухарест, 1923, с. 15, 17, 71.
1853 il üçün Qafqaz təqvimi. – Кавказский календарь на 1853 год. Тифлис, 1852, с. 483.
Lazarev M.S. Sərəncam. – Лазарев М.С. Указ. соч., с. 88, 92
Pagirev D.D. Kafqaz diyarının 5-verstli xəritəsinə əlifba göstəricisi. – Пагирев Д.Д. Алфавитный указатель к 5-верстной карте Кавказского края. – Записки КОИРГО, Тифлис, 1915. кн. 50.
Rusiya Federasiyasının Dövlət Tarixi Arxivi. – Государственный Исторический Архив Российской Федерации (далее – ГИА РФ), ф. 821, оп. 139 (173), ед. хр. 96; оп. 1, д. 97; оп. 10, д. 89.
Sovet Ensiklopedik Lüğəti. M., 1981, sid. 189, 1576. – Советский Энциклопедический Словарь. М., 1981, с. 189, 1576.
Veliçko, V.L. Qafqaz. Rusiyanın işi və tayfalararası məsələlər. Величко В.Л. Кавказ. Русское дело и междуплеменные вопросы. СПб., 1904, с. И, 65–66, с отсылкой на статью «Армяне из цыган» в армянском журнале «Мурч» за 1897 год.
Veliçko V.L. Dekret – Величко В.Л. Указ, соч., с. 126
Verdiyeva, Həcər & Hüseynzadə Rauf. ”Ermənilərin Şəcəriyəsi” və onların Balkanlardan Qafqaza miqrasiyası.
Səadət Kərimi