Azərbaycanda məscidlər açılacaq? - Prezidentin köməkçisi

Azərbaycanda məscidlər açılacaq? - Prezidentin köməkçisi backend

"Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il xüsusi ildir: "Bu gün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.