Hökümət biznes faliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür.
Qazilər.az Trend-ə istinadla xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.Onun sözlərinə görə, müəyyən yumşaldılmalar olub və digər sahələr üzrə də müzakirə olunur. Pandemiya bitməyib, biznes nümayəndələri yeni tələblərə uyğunlaşmalıdır. Bu yumşalmalara getdikcə mütləq karantin qaydalarına əməl olunmalıdır: "Bu qaydalara tez bir zamanda uyğunlaşanlar daha tez inkişaf edəcəklər. Əgər bu qaydalara əməl olunmarsa, hökümət yenidən qaydalara baxmalı olacaq. Əlbətdəki biz bunu istəmirik, əsas məqsəd insanların təhlükəsizliyidir".
Nazir müavini bildirib ki, hazırda cərimələrin sərtləşdirilməsi və digər cəza formalarla da bağlı müzakirələr aparılır. Bu yalnız məbləğ cəriməsi formasında deyil, digər istimqaətlər üzrə də müzakirlər aparılır: "Əsas tələb odur ki, müəyyən olunmuş tələblərə tam əməl olunsun. Biz vətəndaşlardan da xahiş edirik ki, bu qaydalara əməl etsinlər".