“Hər birimiz karantin rejimindən yorulmuşuq. Amma bu günə kimi gördüyümüz təcrübə onu göstərir ki, yaxın insanların bir yerə toplaşması nəticəsində ailəliklə koronavirusa yoluxublar”.
Qazilər.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.O qeyd edib ki, qaydalara riayət etməsək, yoluxmalar artacaq:
“Yoluxmaların artmasından daha çox həkimlər və tibb işçiləri yorulublar. Ümid edirik ki, qarşıdan gələn vaxtlarda daha pozitiv xəbərlər verəcəyik”.