"Bu 7 ildə oxucularımızn sayı qədər də dost qazanmışıq" Bu gün Lent.az İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 7 il ötür. www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.
Hazırda Azərbaycanda ana dilimizdə ən çox oxunan informasiya agentliyi sayılır. www.lent.az ünvanında yerləşən agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.Saytımızda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır. Hazırda Lent.az-ın 20-dək ştat üzrə əməkdaşı və regional bölmələri var.
Maraqlı layihə və rubrikaları, kəsilməz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.
Lent.az – bizimlə əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır.
Portal bu günədək 200 mindən artıq materialı oxuculara təqdim edib.
Lent.az İnformasiya Agentliyinin Baş Direktoru Qabil Abbasoğlu bildirib ki, fəaliyyətdə olduğumuz hər gün bizim üçün oxucuya xidmət salnaməsidir: "Bu 7 ildə yeganə məqsədimiz oxucunu razı salmaq, yeganə meyarımız oxucu zövqü olub. Bir də, bir şeyi ürəklə deyə bilərik ki, 2008-ci ilin 25 iyunundan bugünədək oxucularımızın sayı qədər də dost qazanmışıq və bu, bizi məmnun edir".
P.S. QAZİLER.AZ kollektivi həmkarlarımızı təbrik edir, onlara işlərində yeni yaradıcılıq uğurları arzulayır.