Prezident bununla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısının sərəncamı ilə aşağıdakı hərbi qulluqçulara general-mayor ali hərbi rütbəsi verilib:
polkovnik Axundzadə Yusif Yevgeniyeviç
polkovnik Eyyubov Teymur Tərlan oğlu
polkovnik Əliyev İkram Zülfü oğlu
polkovnik Hüseynov Zahid İbrahim oğlu
polkovnik Orucov Elman İzzət oğlu.