Livandakı partlayışda yaralananlar arasında azərbaycanlı var? - Rəsmi

Livandakı partlayışda yaralananlar arasında azərbaycanlı var? - Rəsmi backend

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb.

Qazilər.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Xəsarət alanların sayı 4 mindən artıqdır.