Azərbaycanda narkotik istifadəçiləri kimlərdir?

Azərbaycanda narkotik istifadəçiləri kimlərdir? backend

Bu ilin 6 ayında narkotiklərlə bağlı 1933 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qazilər.az xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata gorə, məsuliyyətə cəlb olunanlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1418 nəfər təşkil edib.

Məsuliyyətə cəlb olunanlardan 85-i fəhlə, 5-i qulluqçu, 2-si vəzifəli və maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyən, 1890-ı kişi, 43-ü qadın, 49-u isə xarici ölkə vətəndaşı olub.