"Böyük turnir olan Avropa Oyunları lokal olimpiadaya oxşayır".QAZİLER.AZ saytı xəbər verir ki, bunu Trend-ə danimarkalı badmintonçu Line Kyaersfeldt deyib
.Onun sözlərinə görə, bir çox güclü badmintonçular Bakıya gəlib: "Mənim üçün Oyunlarda qalib gəlmək böyük önəm daşıyacaq. Bu mənim hədəfimdir".
Badmintonçu Oyunların yüksək səviyyədə təşkil edildiyini bildirib: "Buradakı qayda-qanunu, insanların yarışları yaxşı təşkil etmək cəhdlərini görəndə çox təəccübləndim. Zal oyunlar üçün çox rahatdır. Burada oynamaq çox xoşuma gəlir".