Oruc tutanlar üçün! Susuzluğu necə aradan qaldırmalı? - MƏSLƏHƏT

Oruc tutanlar üçün! Susuzluğu necə aradan qaldırmalı? - MƏSLƏHƏT backend

Ramazan ayı isti yay günlərinə təsadüf etdiyi üçün oruc tutanlar susuzluq problemindən əziyyət çəkirlər. Bəs susuzluq yaşanmasın deyə nə edə bilərik? QAZİLER.AZ saytı xəbər verir ki, Aile.lent.az-ın bununla bağlı tövsiyələrinə əməl edə bilərsiz.




İftar və imsak saatları arasında;

Çobanyastığı, razyana, melisa, ada çayı kimi bitki çayları

Süd, ayran

Şorba

Kompot

Təzə sıxılmış meyvə və tərəvəz suyu

Mineral su içməyə üstünlük verin.


Ramazanda gün ərzində ən az 10-12 stəkan su içmək lazımdır, çay və qəhvə kofein tərkibli olduğu sidiklə çox maye itkisinə səbəb olur.

Orucluqda uzun müddət ac qalındığı üçün maddələr mübadiləsi yavaşlayır və nəticədə iftarda yeyilən yeməklərin hamısı yağa çevrilir.

Yemək süfrəsində fərqlilik olmalıdır. Süd, qatıq, pendir, südlü taxıllar, ət, yumurta, quru paxlalılar, yağlı toxumlar, meyvə-tərəvəz, çörək, unlu yeməklər, plov, makaron əsas yeməyin içində mütləq yeyilməlidir.
İmsakda mütləq protein ağırlıqlı qidalanın.

İftarda əvvəlcə pendir və zeytunla oruc açıldıqdan sonra şorba içilə bilər. Həzm problemi yaşamamaq üçün yavaş-yavaş, çox çeynəyərək yeyin. Ətli-tərəvəzli, quru paxlalı yeməklər, salat iftarda yeyilə biləcək yeməklərdir. Yeməklərin çox duzlu və yağlı olmamasına diqqət edin, qızartmalar yeməyin.

Ürəyiniz şirniyyat istəsə, iftardan iki saat sonra südlü, ya meyvəli şirniyyatlar, dondurma yeyin.

İmsak saatına kimi bir ovuc badam, qoz, fındıq da yeyə bilərsiz. Çay və qəhvə qəbulunu azaldın.

Su tərkibi yüksək olan meyvə və tərəvəzlər çox yeyin. Qarpız, yemiş, portağal bunlar sırasındadır. Həftə boyu fərqli rənglərdə meyvə-tərəvəz yeyin.


İmsaka mütləq qalxın, gec yatmayın. Rahat yuxu üçün yatmadan əvvəl bitki çayları için.
Diaspora