AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunacaq. Lent.az-ın Report-a istinadən xəbərinə görə, dəyişikliyə əsasən, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.
Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub.
Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.
Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub.