Superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədə aldığı üçün Bakı-2015 Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.
QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə istinadən məlumat verir.
M.Məcidov iyunun 25-də yarımfinalda Rusiya təmsilçisi Həsən Qimbətov ilə yarışmalı idi. Onun indi finalda çox asan qələbə qazanmaq şansı var.
Məşqçi Nəriman Abdullayev deyib: "Məcidov çox ciddi zədə alıb. Bu çox pis haldır. Bu turnirdə onun işi başa çatdı".
Qeyd edək ki, azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.