Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 1-nə olan statistik göstəriciləri açıqlayıb.
Qazilər.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 283 test edildiyi bildirilib.Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 732 236 test aparılıb. Aktiv xəstə sayı 5 229 nəfərdir, onlardan 267 nəfər reanimasiyadadır, 64 nəfər isə süni tənəffüs aparatına qoşulub.