"Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev xalqımızı Qurban bayramı münasibəti ilə təbrik edib
Qaziler.az bildirir ki, "Qarabağ qaziləri" birliyinin sədri xalqımızı Qurban bayramı münasibəti ilə təbrik edir:Əziz Şəhid ailələri, Qazilərimiz, veteranlarımız və xalqımız! Sizi və doğmalarınızı müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edirəm! Hər birinizə cansağlığı, uzun və firəvan həyat, bol ruzi bərəkət arzulayıram! Allah qurbanlarınızı qəbul eləsin! İnşallah, qurbanlarımızı işğaldan azad edəcəyimiz Qarabağda kəsək!
Hörmətlə, Asəf Əliyev
"Qarabağ qaziləri" birliyinin sədri



