İlham Əliyev şəhid Polad Həşimovla bağlı mühüm tapşırıqlar verdi

İlham Əliyev şəhid Polad Həşimovla bağlı mühüm tapşırıqlar verdi backend

Qəbələ rayonunda səfəri zamanı Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

Qaziler.az xəbər verir ki, dövlət başçısı Qəbələyə səfəri zamanı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə veriliməsi tədbirində iştirak edib.

Xatırladaq ki, general-mayor Polad Həşimov iyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.