“Bu mərhələdə əsas məqsədimiz Hollandiya millisini məğlub etmək idi. Bunun da öhdəsindən gəldik. Oyundam 3:0 hesablı qələbə ilə ayrıldıq. Ancaq bu, heç də asan olmadı. Xüsusən, ikinci set çox gərgin alındı. Amma komandamızda hər zaman qələbəyə inam var”.
QAZİLER.AZ saytı xəbər verir ki, bu sözləri Qol.Az-a açıqlamasında qadınlardan ibarət voleybol millimizin üzvü Odina Bayramova “Bakı-2015” I Varopa Oyunlarının 1/4 finalında Hollandiya qalib gəldikləri oyundan sonra deyib.
Yığmamız yarımfinalda Türkiyə millisi ilə qarşılaşaq. O.Bayramova qrup mərhələsində də bu rəqiblə qarşılaşdıqlarını və məğlub olduqlarını xatırladaraq bu dəfə fərqli oyun olacağını bildirib:
“Sevinirəm ki, Hollandiya millisini məğlub edib, yarımfinala vəsiqə qazandıq. Komandamız çox güclüdür və qızıl medallara layiqdir. Qarşımızda duran vəzifə də birinci olmaqdır. Yarımfinalda yenidən Türkiyə millisi ilə qarşılaşacağıq. Bu rəqiblə keçən oyunda öz səhvlərimizdən məğlub olduq. Bu dəfə həmin səhvlərə yol verməyəcəyik. Çünki indi qələbə daha vacibdir”.