Prokurorluq orqanlarında növbəti kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.Əmrə əsasən, Bakı hərbi prokuroru, ədliyyə polkovniki İlyas Rzayev vəzifəsindən azad edilib.
O, Prezident Administrasiyasında müvafiq şöbəyə sektor müdiri təyin olunub.