Bu yay Arda Turan çıxış etdiyi "Atletiko"dan ayrıla bilər. QAZİLER.AZ saytı xəbər verir ki, Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbər ə görə, bu barədə türk yarımmüdafiəçinin meneceri Ahmet Bulut məlumat verib.
O deyib ki, A.Turan "Atletiko"da ayrılıb İngiltərə klublarından birində oynamaq istəyir:"Arda bu yay İspaniyadan ayrılmağı düşünür. Onun hədəflərindən biri İngiltərə Premyer Liqasında oynamaqdır. . Ardanı İngiltərənin 3 böyük klubu transfer etmək istəyir.Ancaq onun təzminat qiyməti 41 milyon avrodur. Bu səbəbdən transfer asan olmayacaq".