Türk mediasında Ermənistana mesaj: “Qorxma, hələlik təlimlərə gəldik” – FOTO

Türk mediasında Ermənistana mesaj: “Qorxma, hələlik təlimlərə gəldik” – FOTO backend

Türkiyə mediasında Azərbaycana hərbi təlimlərə gələn Türk Ordusu ilə bağlı yayımlanan xəbər başlığı diqqət çəkib.

Qazilər.az xəbər verir ki, Azərbaycana dəstək xarakterli yazılan başlıqda “Qorxma, Ermənistan, hələlik təlimlərə gəldik” mesajı verilib.

Həmçinin xəbərdə son zamanlar Azərbaycanla Ermənistan arasında yaşanan gərginlikdə hər zaman qardaş ölkənin yanında olduğu bildirilən Türkiyənin geniş tərkibli hərbi təlimlər üçün artıq əsgərlərini Azərbaycana göndərdiyi qeyd edilib.

Məlumatda o da qeyd edilib ki, quru qoşunların birgə təlimləri 1-5 avqust tarixlərində Bakı və Naxçıvanda, 29 iyul-10 avqust tarixləri arasında isə hərbi təyyarələrin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.



Qazilər.az