Bu gün Avropa Oyunlarının boks yarışları çərçivəsində iki idmançımız final, digər ikisi isə yarımfinal uğrunda döyüşə çıxacaq. Lent.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev yarımfinalda rusiyalı Bəxtovar Nazirova üz-üzə gələcək.
75 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Xaybuya Musalovun 1/4 final mərhələsində belaruslu Vitali Bandarenka qarşılaşacaq.
81 kq çəki dərəcəsində bürünc medalı təmin edən Teymur Məmmədov yarımfinalda rusiyalı Pavel Silyagin döyüşəcək.
Qadınların 60 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yana Alekseyevnanın 1/4 final mərhələsində rusiyalı Zinayda Dobrinina ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan boks üzrə milli komandasının 9 üzvü yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı özlərinə təmin ediblər.