Bakıda yenidən mobil postlar quruldu

Bakıda yenidən mobil postlar quruldu backend

Bakıda mobil postlar qurulub.

Trend-in məlumatına görə, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Postlardan dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır.

Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarətin şənbə və bazar günləri olacağı bildirilir.