"Döyüş çətin keçdi. Çünki rəqibim fiziki cəhətdən çox güclü idi. Şükür olsun ki, qalib gəldim. Növbəti döyüşüm İrlandiya idmançısı ilə olacaq. Onu da tanıyıram, təlim-məşq toplantılarında bir yerdə məşq etmişik. Ümid edirəm ki, onu da məğlub edib finala vəsiqə qazanacağam."
QAZİLER.AZ saytının Trend-ə istinadən məlumatına görə, bunu bu gün Avropa Oyunlarında boks yarışlarında yarımfinala vəsiqə qazanan ölkəmizi 69 kiloqram dərəcəsində təmsil edən Pərviz Bağırov deyib.
Döyüşdə qaşından zədə alan idmançı bunun ciddi olmadığını deyib.