Kapital Bank şəhid mayorun da kredit borcunu sildi – RƏSMİ AÇIQLAMA

Kapital Bank şəhid mayorun da kredit borcunu sildi – RƏSMİ AÇIQLAMA backend

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun həqiqətən Kapital Bank-a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib.

Bu barədə Kapital Bankın mətbuat xidmətindən QAZİLER.AZ-a məlumat daxil olub.

Həmçinin bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də, nağd pul, avans krediti və BirKart-larına borclarının olduğu üzə çıxıb. Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da Kapital Bank tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

QAZİLER.AZ