Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma: 6 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma: 6 nəfər vəfat edib backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qazilər.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 615 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə 658 782 test aparılıb.