Təhsil naziri postuna təyintla bağlı saxta sərəncamın yayılması cəmiyyətdə birmənalı qarşılanmadı.
Yeni “nazir” Məhəbbət Vəliyevanın susması isə bir çox suallara yol açdı…Təhsil naziri postuna təyintla bağlı saxta sərəncamın yayılmasında kimlər maraqlı olub???
Ötən həftənin ən diqqətçəkən hadisələrindən biri də təbii ki, Xarici İşlər naziri Elmar Məmmədyarovun vəzifəsindən azad olunması oldu. Onun yerinə təyinat isə Azərbaycan cəmiyyəti üçün bir qədər çaşqınlıq effekti yaratdı. Buna rəğmənTəhsil naziri Ceyhun Bayramovun dilsiz və fərsiz Elmar Məmmədyarovu əvəz etməsi bir çox ekspertlər tərəfindən yüksək qiymətləndirildi və onun bacarıqlı, vətənpərvər, təmiz qanlı Azərbaycan türkü olması xüsusi vurğulandı. Baxmayaraq ki,diplomatiya sahəsində təcrübəsi yoxdur. Ən əsası isə harizması, iradəsi, analitik düşüncəsi, nitq qabiliyyəti, çətin situasiyalarda qərar qəbuletmə və manevr imkanları yetərincədir…
Ancaq bu təyinatdan dərhal sonra ictimaiyyəti, xüsusən də təhsil işçilərini daha bir sual düşündürməyə başladı. Görəsən, yeni Təhsil naziri kim olacaq? Bu sual həm sosila şəbəkələrdə, həm də bir çox media qurumlarında müzakirə mövzularından biri oldu. Müxtəlif adlar səsləndirldi: Professor Ədalət Muradov, prezidentin köməkçi Fərəh Əliyeva, professor Mustafa Babanlı və s. Bu müzakirələrin getdiyi vaxtda sosial şəbəkələrdə, təhsil qruplarında və bəzi qeyri-ciddi elekton media orqanlarında az qala ildırım sürəti ilə bir “sərəncam” yayıldı. 17 iyul 2020-ci il tarixli “Sərəncam”a görə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Respublikasının Təhsil naziri təyin olunub. Heç bir rəsmi mənbəyə əsaslanmayan bu cür informasiyanın yayılması isə təsadüfi ola bilməz. Bu “xəbər”in məqsədli şəkildə yayılması mütləqdir və arxasında cəmiyyəti çaşdırmaqla yanaşı, “mən də varam”, “məni də unutmayın”, “mən ən real namizdəm” kimi ismarıcları verməkdir. Az müddət sonra yayılmış informasiyanın qeyri-rəsmi olduğunu hər kəsin bildiyi halda, nədənsə nazir müavini Məhəbbət Vəliyeva susuqunluq nümayiş etdirdi və bu sobatajla bağlı bir kəlmə də olsun açıqılma vermədi. Əcaba,niyə???

Apardığımız kçik təhlillər və araşdırmalar zamanı bəlli oldu ki, adətən bu qəbildən olan informasiyaların yayılmasını ya o vəzifəyə getmək istəyən şəxsi himayə edən “böyük krışalar”ın nəzarətində olanlar yayır, ya da həmin şəxsin özü (!)…Belə olan halda isə ortaya xeyli suallar çıxır. Yoxsa, belə bir sobataja əl atanlar və belə bir dezinformasiyanın yayılmasına rəvac verənlər “köhnəlmiş qvardiya”nın təmsilçiləridir? Bunlar kimə təzyiq etmək istəyirlər? Bəlkə, “paralel yapı”ya çevrilməkdə olan (əslində çevrilmiş) anti-islahatçılar öz varlıqlarını nümayiş etdirmək istəyirlər?
İndi isə keçək məsələnin hüquqi tərəfinə. “Kanal32″nin suallarını cavablandıran tanınmış hüquqşünas Səməd Vəkilovun sözügedən informasiyaların yayılmasına münasibəti belə oldu: “Vaxtilə iki mininci illərdə belə bir anoloji cinayət baş vermişdi. Bir nəfər Prezident adından sərəncam verərək özünü vəzifəyə təyin edərək, nazirliklərdə yoxlamalar apararaq milyonlarla pul yığmışdı. Sonra həmin cinayət hadisəsinin üstü açıldı və həmin şəxs həbs edildi”.

O ki qaldı mövcud situasiyanın hüquqi məsuliyyətinə…Səməd Vəkilov deyir ki, hazırki durumda bu, Prezident adından saxta sərəncam verib sosial şəbəkələrdə yayaraq və beləliklə ictimai rəy formalaşdıraraq hər hansı bir təyinata nail olmaq cəhdidir. Lakin bu əməldə birmənalı şəkildə cinayət tərkibi var və bu sərəncamı hazırlayaraq dövriyyəyə ötürən şəxs və ya şəxslərin dairəsi müəyyənləşdirilməli, cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu çox təhlükəli tendensiyadır. İlkin olaraq sənədlərin saxtalaşdırlması ilə bağlı fakt üzrə cinayət işi başlanmalı sonra isə cinayət əməlinin iştirakçılarının dairəsi, ictimai təhlükəli əməllərinin ağırlıq dərəcəsi müəyyənləşdirilərək mühakimə edilməlidir.
Onu da qeyd edək ki, yeni “nazir” Məhəbbət Vəliyevanın mövqeyini öyrənmək istəsək də, buna nail ola bilmədik. Buna rəğmən bütün hallarda onun mövqeyini dərc etməyə hazırıq.
Yəqin ki,müvafiq dövlət orqanları bu məsələ ilə bağlı araşdırma aparacaq və lazımi hüquqi tədbirlər görəcək.
Kanal32.az