Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - Sərəncam

Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - Sərəncam backend

Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Qazilər.az xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilova Flora Fətula qızı

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Qasımova Tünzalə Yusif qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.