Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, baş tutan 4 oyunun nəticəsinə əsasən, yarımfinalçılar müəyyənləşəcək.
1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start verilib. Oyun Polşa yığmasının qalibiyyəti ilə yekunlaşıb – 3:2. Ardından Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı məğlub edib – 3:1.
Daha sonra meydana yığma komandamız çıxıb. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya komandasına qalib gəlib - 3:0.
Mərhələnin son qarşılaşmasında Belçika ilə Almaniya üz-üzə gələcək.
Voleybol
23 iyun
Qadınlar
1/4 final
Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)
Türkiyə - Rusiya - 3:1 (25:18, 23:25, 25:22, 25:19)
Azərbaycan – Hollandiya - 3:0 (25:21, 25:23, 25:14)
21:00. Belçika – Serbiya.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Türkiyə komandası ilə görüşəcək. Xatırladaq ki, bundan əvvəl Azərbaycan -Türkiyə qarşılaşması türklərin qələbəsi ilə yekunlaşmışdı