Hökumət kitab dükanlarını nədən bağlı saxlayır? – İki baxış

Hökumət kitab dükanlarını nədən bağlı saxlayır? – İki baxış backend

"5 ay kitab dükanlarını bağlı saxlamaq ədalətsizlikdir".

Qazilər.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu sərt karantin rejimində kitab dükanlarının fəaliyyəti ilə bağlı Operativ Qərargahın qərarının qüvvədə qalmasından danışarkən deyib. Onun fikrincə, kitab dükanlarının fəaliyyətinə icazə verilməlidir:

"Yəqin, kitab yada düşməyib. Məncə, kitab dükanlarına icazə verilməlidir. Kitab dükanları həmişə əziyyətlə, çətinliklə yaşayıblar. 5 ay onları bağlı saxlamaq ədalətsizlikdir. Kitab dükanları özəl sektordur. Dövlət onlara yardım etmir, xaricdə olduğu kimi, yaşamaq üçün qrant vermir. Deyir, evdə qal, heç nə etmə. Bu, kökündən yanlış bir yoldur. Özəl sektora ya kereditlər və qarantlar verilməli ya da işləməyə icazə verilməlidir. Dövlət qoy dövlətdə çalışan işçilərini evdə saxlayıb onlara maaş versin. Biz maaş verə bilmirik. Özəl sektor batır. Heç yerdən də yardım yox. Əksinə, komunal ödənişlər gecikdikdə dərhal işığı, qazı kəsirlər".

Pespublikanın Baş İnfeksionisti Cəlal İsayev isə bildirdi ki, kitaba çox insanın əli dəyir:

"Bu, bir az mürəkkəb məsələdir. Düzdür, kitab dükanları balacadır, oxucuları azdır. Amma kitaba bir nəfər baxmır. Biri girib kitaba baxır çıxır, sonra ikincisi girib həmin kitaba baxır. Kitaba çox adam əl vurur. Yoluxma ehtimalı olduğuna görə, güman ki, onu nəzərdə tutub kitab dükanlarını açmayıblar".