Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəisinə iki müavin təyin edilib.
Qazilər.az-ın APA-ya istinadla verdiyi məlumata görə bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavinləri təyin edilib.
Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiq ediblər.



