Nazir generalı təqaüdə göndərdi

Nazir generalı təqaüdə göndərdi backend

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təqaüdə göndərilib.

Qazilər.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, N.Əliyevin yerinə hələlik yerinə təyinat yoxdur.