SMS icazənin tətbiq olundu şəhər və rayonlarda vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.
Qazilər.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.Qeyd edək ki, Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayacağına görə, bu ərazidə SMS icazə tətbiq olunmur.



