Rəssam Səbuhi Məmmədov Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimovun portretini yaradıb.
Oxu.Az xəbər verir ki, rəssam bunu “Facebook” sosial şəbəkəsində canlı yayımlayıb.Qeyd edək ki, S.Məmmədov Şəki Uşaq İncəsənət məktəbinin müəllimidir.



