Metro stansiyalarından birinə generalımızın adının verilməsi təklif olunur Son zamanlar şəhid general-mayorumuz Polad Həşimovun adının metro stansiyalarından birinə verilməsiylə bağlı cəmiyyət içərisində müxtəlif fikirlər irəli sürülür.
Jurnalist Aydın Canıyev isə döyüşdə həlak olan bir generalımız var, ikincisi də oldu-sonuncusu olsun deyə son stansiyaya-Dərnəgülə Şəhid general-mayorumuzun adının verilməsinin daha məqsədə uyğun olduğunu düşünür.Bu gün bu fikrin sahibi ilə görüşdük. Aydın Canıyev deyir ki, qəhrəman generalımızın adını bu şəkildə əbədiləşdirə bilərik, bu yöndə müxtəlif fikirlər var ancaq mənim üçün isə ən optimal fikir budur.
Xatırladaq ki, ölkə ərazisində müxtəlif küçə və prospektlərimiz şəhidlərimizin adını daşıyır.
Bununla da həmin küçələrdən keçən hər bir vətəndaş, həmin adı oxuyur və şəhidlərimizi yad edir.



