Azərbaycanda koronavirusdan sağalanların ümumi sayı 19 minə çatır

Azərbaycanda koronavirusdan sağalanların ümumi sayı 19 minə çatır backend

Azərbaycanda bir gündə koronavirusdan sağalanların sayı 517 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda 388 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.