Mərkəzi Neftçilər Xəstəxanasında Hemodializ və Urologiya şöbələri açılıb

Mərkəzi Neftçilər Xəstəxanasında Hemodializ və Urologiya şöbələri açılıb backend

Səhiyyə naziri Oqtay Şirəliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Hemodializ və Urologiya şöbələri ilə tanış olub


QAZİLER.AZ saytı xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, təmirdən çıxmış Hemodializ şöbəsi 15, Urologiya şöbəsi 20 çarpayı ilə təmin edilib. Hemodializ şöbəsində dializ avadanlıqlarının istehsalı üzrə dünya lideri olan Almaniyanın “Fresenius Medikal Care AG” şirkətinin 13 ədəd stasionar “Fresenius” 4008S, 1 ədəd “Fresenius” 4008E, 1 ədəd “Fresenis” 4008H Prometeus, 1 ədəd portativ “Fresenius” ADM08, markalı kompüterləşdirilən “süni böyrək” aparatları, “Aquasafe 08” markalı Osmos yüksək sutəmizləyici qurğusu, “Granumiks 500” markalı dializ məhlulları hazırlamaq üçün mikser, tərəzi ilə təchiz edilən dializ yataqları və digər dializ avadanlıqları quraşdırılıb.

Aparıcı xəstəxanalardan biri olan MNX istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. MNX insanların daha rahat və keyfiyyətli tibbi xidmət alması üçün bütün lazımi tədbirləri həyata keçirir, mütəmadi olaraq xəstəxananın şöbələri əsaslı təmir, son texnologiyalara uyğun tibbi avadanlıqlarla təmin olunur
Diaspora