ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də könüllü döyüşə getmək üçün rəsmi qeydiyyatdan keçib.
Qazilər.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə məlumat verib:“Bu gün mən də, sıravi Mustafayev Vahid Fuad oğlu, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal İdarəsində qeydiyyata düşdüm! Fəxr etdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti Milli Qəhrəman Çingiz Mustafayev adını daşıyan küçədə yerləşir. Adam çox idi, bu dəliqanlıların içində özümü yenə də əsgərlikdəki və keçdiyim müharibələrdəki kimi hiss etdim. Nə gözəldir bu hiss - hər bir kişi üçün. Bir daha xalqımız və gənclərimizlə fəxr etdim! Vətən sağ olsun! Cənab Ali Baş Komandan! Artıq Sizin əmrinizi gözləyirəm və Döyüşə tam hazıram! Döyüş alnımıza yazılıb 2/216!!!”.