İyul ayının 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Şəmkir rayon ərazisində yürüş keçiriləciyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.
Qazilər.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məlumatları paylaşan şəxslərin kimlikləri müəyyən edilib.Belə ki, araşdırmalarla məlum olub ki, rayon sakinləri İdris Həsənov və Hidayət Hidayətli müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq RPŞ-yə gətirilib, profilaktiki söhbətlər aparılıb.
Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə İ. Həsənov 20, H. Hidayətli isə 10 gün müddətinə inzibati qaydada həbs edilib.