Azərbaycan idmançısı Anton Jeltyakov I Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının yarımfinal mərhələsində yüksək nəticə nümayiş etdirmək niyyətindədir. QAZİLER.AZ saytının Trend-ə istinadən məlumatına əsasən, bu barədə idmançı jurnalistlərə müsahibəsində deyib.
O, yarımfinal mərhələsində nəticəsini yaxşılaşdıracağını düşünür: “Düşünürəm ki, yarışların günün hansı vaxtında keçirilməsindən çox şey asılıdır. Məsələn, səhərlər yalnız qızışa bilirsən. Axşam isitmə hərəkətlərindən sonra üzmək asan olur. Yüksək nəticə göstərməyə çalışacağam”.