Bakı inanılmaz dərəcədə gözəl şəhərdir.QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə Afrikadan I Avropa Oyunlarına azarkeşlik etməyə gələn Ambaz Mombonikano deyib. O, şəhər əhalisini, Bakının memarlıq abidələrini və milli mətbəx nümunələrini çox bəyəndiyini deyib: “Bakıda mehriban insanlar yaşayır. Həqiqətən də çox gözəl şəhərdir. Dadlı mətbəx nümunələriniz var. Xüsusilə, kababınızı sevdim”.
Azarkeş qeyd edib ki, I Avropa Oyunları barədə internetdən öyrənib və bu idman tədbirində iştirak etmək qərarına gəlib: “Vətənimə qayıtdıqdan sonra bu möhtəşəm Oyunları səmimiyyətlə xatırlayacağam”.