Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində ordumuza dəstək aksiyası keçirilib.
Mindən yuxarı vətəndaş dəstək aksiyasına qatılıb, onların əksəriyyəti gənclərdir. Hətta qadınlar, uşaqlar da yürüşə qatılıb. Əvvəl mitinqlə başlayan kütləvi aksiya hazırda yürüş olaraq davam etdirilir.Yürüşdə Azərbaycan Ordusuna dəstək şüarları səslənir.
Təcili surətdə səfərbərlik elan olunması çağırışları edilir, aksiyaçılar döyüşə getməyə hazır olduqlarını bildirirlər. Gənclər bu gün şəhid olan generalın, şəhidlərimizin ruhuna and içərək “Öldü var, döndü yoxdur!” şüarı səsləndiriblər, və bildiriblər ki, döyüşlərdə iştirak etməyə hazırdırlar, Azərbaycan Respublikasının Ali Baş Komandanı yetər ki, döyüş əmri versin.
Gənclər təklif edib ki, yaxınlıqda olan hərbi hissələrin qarşısına gedək və orduya dəstəyimizi orada, əsgərlərin qarşısında ifadə edək. Amma ağsaqqallar bildiriblər ki, buna ehtiyac yoxdur, dəstəyimizi bu şəkildə ifadə etməyimiz kifayətdir.