Qazax sakinləri şəhid mayorunu qarşıladı

Qazax sakinləri şəhid mayorunu qarşıladı backend

Erməni Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Namiq Əhmədovun cənazəsi doğulduğu Qazax rayonuna gətirilib.

Trend-in məlumatına görə, şəhidin cənazəsi rayonun Yuxarı Salahlı kəndindəki evinə gətirilib.

Qazax rayon sakinləri şəhidin cənazəsini alqışlarla qarşılayıb.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq erməni silahlı bölmələri Aəzrbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində təxribat törətməkdə davam edir.