Bəzi qərb siyasətçiləri və təşkilatları I Avropa Oyunlarının ünvanına tənqid səsləndirir, bu idman tədbiri tənqidə layiq deyil. QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə I Avropa Oyunları çərçivəsində Bosniya və Herseqovinanı yüngül atletika yarışlarında təmsil edən Stefani Vukayloviç deyib.
O bildirib ki, indi Avropanın da qitə yarışlarının olması çox yaxşı haldır: “Bu, yeni təcrübə və Avropa idmançıları üçün daha bir mübarizədir”.
İdmançı I Avropa Oyunlarını çox bəyəndiyini və növbəti Oyunlarda da iştirak etmək istəyini dilə gətirib.
S.Vukayloviç Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Yarış meydanları da daxil olmaqla, hər şey yüksək səviyyədə təşkil olunub”.
İdmançı paytaxtımızı çox bəyəndiyini də söyləyib: “Şəhər turumuz oldu. Bakının gözəlliyinə heyran oldum”