Rusiyaya qarşı sanksiya müddətinin uzadılması barədə qərar qüvvəyə mindi

Rusiyaya qarşı sanksiya müddətinin uzadılması barədə qərar qüvvəyə mindi backend

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması haqqında qərarı qüvvəyə minib.


APA-nın Avropa İttifaqının rəsmi jurnalına istinadən verdiyi xəbərə görə, qərar 31 yanvar 2016-cı il tarixinədək qüvvədə olacaq.

“Minsk razılaşmasının yerinə yetirilməsini qiymətləndirmək üçün qərar 6 ay müddətinə uzadılır. Qərar 31 yanvar 2016-cı il tarixinədək qüvvədə olacaq”, - deyə qərarda bildirilir.

Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduğu gündən qüvvəyə minir.

Qeyd edək ki, sanksiyaların müddətinin uzadılması qərarı bazar ertəsi Aİ xarici işlər nazirlərinin Lüksemburqa keçirilən görüşündə qəbul olunub.

Diaspora